Yuxarı

Bu şirkət Qarabağda fəaliyyətini dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin mobil rabitə operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb.

Azərbaycanın İsveçrədəki səfirliyinədən Trend-ə verilən məlumata əsasən, İsveçrənin aparıcı mobil operatoru "Swisscom"un Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" ilə əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi həm "Swisscom" şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş apararaq, "Karabakh Telecom" şirkətinin fəaliyyətinin qanunsuzluğunu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyini, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığını izah edib, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma "Karabakh Telecom" şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Qeyd edək ki, "Swisscom" şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə Federal Xarici İşlər Departamentindən "Swisscom"un qondarma "Karabakh Telecom" şirkəti ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız Səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər.

"Swisscom"un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan Səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, "Swisscom"un "Karabakh Telecom"la əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.

Tarix
2017.12.18 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla