Yuxarı

İrandan narkotik gətirən bacı və qardaş Astarada tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gömrük orqanlarının qaçaqmalçılıq hallarına qarşı mübarizəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktların aşkar edilməsi xüsusi yer tutur.

DGK-dan Axar.az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur: "İrandan Azərbaycana gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır. DGK-nin davamlı şəkildə ictimailəşdirdiyi belə faktlar sırasında qaçaqmalçıların narkotik vasitələri öz daxili orqanlarında gizlətməsi halları da ayrıca qeyd edilir. Bu ilin cari dövrü ərzində 55 belə fakt aşkar edilib. İstər İran, istərsə də Azərbaycan vətəndaşları arasında təsadüf olunan belə hallara, təəssüf ki, təkcə kişilər yox, qadınlar da yol verir. Daha acınacaqlı hal isə narkotik qaçaqmalçılığında birgə fəaliyyət göstərən ailə üzvlərinin - ər və arvadın, qardaş və bacının öz aralarında razılaşaraq, yaxud biri digərini təhrik edərək narkotik vasitələri daxili orqanlarında gizlətməsidir. Gömrük nəzarətindən yayınmaq üçün belə çirkin üsullardan istifadə edən şəxslər şübhəsiz ki, ilk növbədə, öz şərəf və ləyaqətini alçaldır, eləcə də mənəvi-əxlaqi dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. Bu günlərdə Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, buna bənzər daha bir fakt qeydə alınıb. İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşları - bacı və qardaş olan Səmədovlar saxlanılıb. İdarənin Sərnişin şöbəsində şəxsi yoxlama zamanı vətəndaş Səmədovanın alt geyimində bir ədəd bağlamada, xalis çəkisi 132,615 qram olan heroin aşkar edilib. Vətəndaş Səmədovun daxili orqanlarının tibbi müayinəsi nəticəsində isə onun düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 171,919 qram olan heroin aşkar edilib".

DGK hesab edir ki, belə cinayət xarakterli faktlarla bağlı müvafiq tədbirlər görülməklə yanaşı, problemin həllində ictimai qınaq xüsusi əhəmiyyət daşıyır. Bu problemlə mübarizədə dövlət orqanları ilə yanaşı, bütövlükdə cəmiyyət, xalq, nəhayət hər bir vətəndaş fərdi və birgə fəaliyyət göstərməli, barışmaz münasibətini və əməli köməyini əsirgəməməlidir.

Tarix
2017.12.18 / 12:28
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla