Yuxarı

Yeni il oyuncaqları ilə bağlı bizi gözləyən təhlükə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il bayramı Azərbaycanda da hər il atəşfəşanlıqla qeyd edilir. Bayram günləri ölkənin hər bir guşəsində yolkalar qurulur, bayram aksesuarları, oyuncaqlar, fişənglərin satışı fəallaşır. Amma bu yolkalar, zərli oyuncaqlar, fişənglər bəzi hallarda həyatımızı təhlükə ilə üz-üzə qoyur.

Ekspert Elmar Nurəliyev Trend-ə Yeni il atributları ilə bağlı bəzi təhlükəli məqamları sadalayıb. Ekspertin sözlərinə görə, yolkaların quraşdırılmasında əsas təhlükəsizlik qaydalarından biri aşma təhlükəsizliyi, digəri isə yanğın təhlükəsizliyi ilə əlaqədardır:

"Yolkalar quraşdırılarkən aşma və yanğın təhlükəsizliyinə diqqət yetirilməlidir. Yolkanı quraşdırarkən onun dayağının möhkəm olmasını yoxlamaq lazımdır. Daha sonra həmin dayaq yerə möhkəm bərkidilməlidir.

Digər vacib məsələ yolkaların üzərinə quraşdırılan işıqlardır. Yolkada alışmalar əsasən qısaqapanmalar nəticəsində baş verir. Ona görə yolka işıqları alarkən diqqətli olmalı, kustar üsulla hazırlanmış məhsullar, Yeni il atributları almamaq məsləhətdir. Yalnız zavod istehsalı olan keyfiyyətli işıq avadanlıqlarından istifadə edilməsi daha təhlükəsizdir".

E.Nurəliyev deyib ki, əgər yolka işığında hər hansı qüsur və ya lampalarda qırıq-çat, naqillərdə kəsilmə, lampaların qızması halları varsa, ondan istifadə etməmək məsləhətdir: "Ümumiyyətlə isə hər bir halda yolkanın üzərindəki işıqları yanılı vəziyyətdə qoyaraq evi tərk etmək yolverilməzdir.

Daha bir mühüm məqam - evdə yolkaları bir çox hallarda pəncərənin qarşısında qururlar. Nəzərə alsaq ki, pəncərənin önündə qurulan yolka pərdəyə yaxın olur, o zaman hər hansı qısaqapanma olarsa, yanğın təhlükəsi də qaçılmaz olur.

Digər tərəfdən, yolkanın bəzədilməsində pambıq, kağız və digər tezalışan materiallardan hazırlanan aksesuarlardan istifadə etmək məsləhət deyil. Yolkaların bəzədilməsində istifadə edilən aksesuarların da keyfiyyətli olmasına diqqət etmək lazımdır".

Ekspertin sözlərinə görə, kütləvi yerlərdə qurulan yolkaların ətrafinda, yəni Yeni il şənliyi keçirilən məkanda əsasən uşaqların çox olmasını nəzərə alaraq partlayıcı, pirotexniki vasitələrdən və tezalışan maddələrdən, fişənglərdən istifadə etmək yolverilməzdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Yeni il atributalrının keyfiyyəti ilə bağlı Trend-ə bildirib ki, ölkəyə gətirilən yeni il aksesuarları ilə bağlı komitəyə hər hansı şikayət daxil olmayıb. Mətbuat xidmətinin rəhbəri həmin məhsulların sertifikatlaşdırılmasının vacibliyini önə çəkib:

"Sahibkarlar bilməlidirlər ki, hər hansı məhsulu satışa çıxarmamışdan əvvəl müvafiq akkreditasiya olunmuş qurumlara müraciət edərək məhsullarını sertifikatlaşdırmalıdırlar".

F.Talıblı alıcıları diqqətli olmağa çağıraraq onlara sertifkatsız malları almamağı tövsiyə edib: "Belə mallar keyfiyyətsizliyi üzündən hər hansı xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər".

Yeni il atributları, bəzəkləri ilə bağlı bazardakı hazırki vəziyyəti dəyərləndirən komitə səlahiyyətlisi qeyd edib ki, ümumilikdə bazarda keyfiyyətli mallar üstünlük təşkil etsə də, keyfiyyətsiz mallar da var.

F.Talıblı qeyd edib ki, Azərbaycana keyfiyyətsiz Yeni il bəzəklərinin əksəriyyəti Çindən gətirilir.

Tarix
2017.12.19 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla