Yuxarı

Mehriban Əliyevanın köməkçisindən gənclərə - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işləri əlaqələndirmək və effektivliyi təmin etmək üçün Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb.

APA-nın məlumatına gör, bunu Gənclər Təşkilatlarının III Milli Konqresində çıxışı zamanı Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.

Y.Məmmədəliyev deyib ki, PA Gənclər siyasəti və idman məsələləri şöbəsi qısa müddətdə 100-dən artıq gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, regionlarda gənclərlə fikir mübadiləsi aparıb: "Bu görüşlər zamanı regionlar üzrə ixtisaslaşan gənclər təşkilatlarının formalaşdırılması, ekspert bankının yaradılması, layihələrinin innovativ hazırlanması məsələləri müzakirə olunub”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir: "Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirilməlidir. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Gənclər təşkilatlarında qərar qəbul etmə prosesində məhz gənclər təmsil olunmalıdır. Bu, gələcək kadrların formalaşdırılması üçün vacibdir”.

Y.Məmmədəliyev nəzərə çatdırıb ki, gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir: "Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü,Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü, prezident seçkiləri və EXPO-25 üçün Bakının namizədliyinin təsdiqlənməsi bu sıradadır. Gənclər təşkilatlarının bu proseslərdə aktiv iştirak etməsi mütləqdir. Gəncləri dövlətçilik prinsiplərini əsas tutmağa çağırırıq”.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də 2018-ci ildə gənclər təşkilatlarını, gəncləri aktiv olmağa çağırıb: "Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Bu Fond gənclər təşkilatlarına ötən müddət ərzində böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il maraqlı il olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatdadır, ancaq bu təşkilatların hamısı aktiv deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”.

Tarix
2017.12.19 / 13:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla