Yuxarı

Hərbi attaşelər Müdafiə Nazirliyinə toplandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 19-da xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib.

Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2018-ci ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou həmkarları adından bu cür tədbirlərin keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tarix
2017.12.19 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla