Yuxarı

Qulinin adamı bu bazarları ələ keçirməyə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çelyabinsk vilayətindəki bazarlarına əslən Azərbaycandan olan sahibkar Ziyəddin Vəliyev adlı şəxs nəzarət etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Krimerussia” saytı yayıb. Saytın iddiasına görə, məhz Vəliyevin icazəsi olmadan bölgədəki bazarlarda meyvə, tərəvəz, yeni il üçün şam ağacları satıla bilməz. Vəliyevin aktivliyi xüsusilə qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) azadlığa çıxmasından sonra başlayıb. Azərbaycanlı sahibkarın tələbi ilə bölgədəki biznesmenlər ona aylıq 10-20 min rubl həcmində ödəniş etməyə məcbur ediliblər. Zaxar ləqəbi ilə məşhur olan Vəliyev onunla razılaşmayanların obyektlərini qeyri-qanuni ticarət adı altında sökdürməyə başlayıb.

Maraqlı məqam odur ki, Zaxara bölgədə bazarlara nəzarət imkanlarını Çelyabinsk vilayətinin baş nazirinin müavini Maksim Osipenko verib. Osipenko ilə bərabər bölgədəki bir sıra məmurlar da Vəliyevin yanında yer alıblar.

Qeyd edək ki, Rusiya mətbuatı artıq Vəliyevin Lotu Qulinin adamı olduğunu iddia etməyə başlayıb.

Tarix
2017.12.19 / 16:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla