Yuxarı

Bakıda YUNESKO ilə bağlı tədbir keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Respublikasının YUNESKO-ya üzvlüyünün 25 illiyinə həsr olunan tədbir keçirilib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, tədbir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət rəsmiləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcədə ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın YUNESKO-da 25 illik fəaliyyəti dövründən gördüyü uğurlu işlər haqqında tədbir iştirakçılarına məlumat verib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də YUNESKO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirib. Azərbaycanın YUNESKO dəyərlərinə sadiq olduğunu vurğulayan E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin YUNESKO ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu və bunun nəticəsi olaraq Azərbaycanın YUNESKO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrildiyini qeyd edib.

Azərbaycan-YUNESKO ikitərəfli əməkdaşlığına toxunan E.Məmmədyarov bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı xəfiri Mehriban Əliyevanın əvəzsiz rolundan danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin 20 faiz ərazisinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini və sözügedən işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söyləyib. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim YUNESKO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırıb.

Sonda E.Məmmədyarov Azərbaycanın YUNESKO-ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Daha sonra Milli Komissiyanın sədr müavinləri - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri səlahiyyətlərini icra edən, nazir müavini Ceyhun Bayramov, eləcə də Milli Komissiyanın üzvü - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ölkəmizlə YUNESKO arasında son 25 il ərzində görülmüş uğurlu əməkdaşlıq fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Yubiley tədbiri Azərbaycanın YUNESKO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və YUNESKO-nun Yubileylər Proqramına daxil edilmiş görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600 illik yubileyinə həsr edilmiş konsert proqramı ilə davam edib.

Tarix
2017.12.19 / 19:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla