Yuxarı

Bakıda Çin malları brend adı ilə satılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı bir çox ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 60-70 manata baha satılır.

Axar.az xəbər verir ki, “Speys TV”nin “Olar! Olmaz” verilişində paytaxtdakı geyim dükanlarında satılan mallarla bağlı reportaj hazırlanıb.

Reportajda qeyd olunub ki, paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.

Həmin geyimlərin İtaliya, Türkiyədən gətirildiyi deyilsə də, əslində mallar Çindən idxal olunur.

Həmin malların Bakının məşhur "Tarqovı" deyilən ərazisində yerləşən mağazalarda da yüksək faizli endirimlərlə satıldığı xüsusilə vurğulanıb.

Müxbir saxta mallar satılan mağazalara daxil olaraq satıcılardan faktura istəsə də onlar tələb olunanı göstərə bilməyiblər.

Tarix
2017.12.20 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla