Yuxarı

Nurçulara yaxın olan restoran boykot edildi - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur kafe brendlərindən olan MADO şəbəkəsinin bütün kafeləri Bakıda boykot edilib.

Axar.az-ın verdiyi xəbərə görə, boykotun səbəbi adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan keçidi zəbt edərək yolu bağlamasıdır.

Feysbuk sosial şəbəkəsində bunun üçün "tədbir" ("event") yaradılıb.

"MADO-nu boykot edək" virtual tədbirini təşkil edən jurnalist Tural Qurbanlı saytımıza bildirib ki, onların əsas tələbi keçiddə Nizami küçəsində adıçəkilən restoran tərəfdə hərəkətin bərpa edilməsidir:

"Bu, virtual etirazdır. Biz etiraz edən insanların sayını çoxaltmaqla restoran sahiblərini qanunsuz əməllərindən çəkinməyə çağırırıq. İnsanlar kafedə oturanları narahat etmək istəmədiklərindən və özləri də oradan keçərkən narahat olduqlarından onların hərəkəti üçün tikilmiş keçidlə deyil, günün altıyla hərəkət edirlər. Bunun məsuliyyətini MADO mağazası daşıyır".

Jurnalist paytaxt sakinlərinə çağırış etməyi də unutmadı:

"Oradan keçənlər kafenin zəbt etdiyi keçiddən istifadə etsin. Vaxtı olanlar axşam saat 8-9 arası şəhərə gəlsin. Dostlarımızla kütləvi şəkildə keçiddə gəzişəcəyik. Onlar insanların haqqını pozmağa son qoyana qədər etirazlarımız davam edəcək".

Tarix
2014.07.11 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla