Yuxarı

Azərbaycanın ən uzunömürlü dövlətləri – Axar TV

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində indiyə qədər onlarla dövlət mövcud olub. Bu dövlətlərin bir qismi qısaömürlü olsa da, bəziləri yüz illər boyunca yarandıqları ərazilərdə hökmranlıq ediblər.

Axar TV Azərbaycan tarixinin ən uzunömürlü dövlətlərini təqdim edir.

Atropatena dövləti

Müxtəlif mənbələrdə bu ölkənin əsasının eradan əvvəl 321-ci ildə qurulduğu haqqında məlumat verilir. Ölkənin sərhədləri indiki Azərbaycan Respublikasının bir sıra cənub ərazilərini, Güney Azərbaycanı əhatə edib. Dövləti idarə edən sülalər Atropatidlər, Atropatena Arşakiləri olub. Paytaxtı Qazaka olan dövlət 224-cü ilə qədər mövcudluğunu qoruyub saxlaya bilib.

Sasanilər imperiyasının hücumu nəticəsində işğal edilib. Bu dövlət ümumilikdə müxtəlif fasilələrlə 545 il yaşayıb.

Albaniya

Eradan əvvəl IV əsrdə yaranıb. Dövlətin sərhədləri müasir Azərbaycan, Ermənistan, Gürcüstan və Cənubi Dağıstan ərazilərinin bir hissəsini əhatə edib. Paytaxtı Qəbələ, sonrakı dövrlərdə isə Bərdə şəhəri olub. Albaniya yarandığı gündən süqut edənə qədər üç sülalə tərəfindən idarə olunub. Bunlar Aranilər, Alban Arşakiləri və Mehranilər sülaləridir. Bizim eranın IV əsrində ölkədə xristianlığın təsiri çox güclü olub. Albaniya 705-ci ildə Ərəb xilafətinin işğalı nəticəsində süqut edib.

Şirvanşahlar dövləti

861-ci ildə yaradılıb. Dövlətin ərazisi Dərbənddən Kür çayına qədər uzanıb. Müxtəlif dövrlərdə onun sərhədləri hətta Təbrizə qədər böyüyüb. Ölkənin paytaxtı Şamaxı, müxtəlif dövrlərdə isə Bakı olub. Şirvanşahlar dövlətini var olduğu müddət ərzində Məzyədilər, Kəsranilər və Dərbəndilər sülaləri idarə edib. 1538-ci ildə süqut edib.

Şəki hakimliyi

1384-1551-ci illərdə mövcud olub. Tərkibinə Azərbaycanın şimal-qərbi, Dağıstanın cənubu, Gürcüstanın şərq əraziləri daxil olub. Ölkəni monqol əsilli Orlat və islam dinini qəbul etmiş Qara Keşiş sülaləri idarə edib. Süqutuna səbəb Səfəvilər tərəfindən istila olunmalarıdır.

Səfəvilər dövləti

1501-ci ilə Şah İsmayıl Xətai tərəfindən yaradılıb. Dövrünün ən güclü dövlətlərindən biri olub. Sərhədləri şimalda Dərbəndə, cənubda Fars körfəzinə, qərbdə Anadoluya, şərqdə isə Pakistana qədər uzanıb. Dövlətin paytaxtı müxtəlif dövrlərdə Təbriz, Qəzvin və İsfahan olub. Ölkəni Səfəvilər sülaləsi idarə edib. 1736-cı ildə süqut edən dövlətin son hökmdarı III Şah Abbas olub. Lakin bəzi mənbələr bu dövlətin 1773-cü ildə süqut etdiyini iddia edirlər. Belə ki, Nadir şahın ölümündən sonra Səfəvilər Kərim xan Zəndin vasitəsilə hakimiyyətə gəlirlər. III Şah İsmayıl hökmdar olsa da, faktiki olaraq dövləti Kərim xan Zənd idarə edib.

Tarix
2017.12.21 / 08:45
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla