Yuxarı

Allah imkan vermir ki, yadplanetlilər... - Astroloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçan Naməlum Obyektlər (UNO) haqqında məlumatlara hələ qədim zanmanlardan rast gəlinir. Maraqlı səslənsə də, hələ Qədim Misir dövlətində piramidaların inşası zamanı UNO-ların köməyindən istifadə olunduğu iddia olunur. Piramidaların divarlarında astronavt şəkillərinin həkk olunduğu bildirilir.

UNO-ların tədqiqi ilə bağlı araşdırma aparan elm ufologiya adlanır. Ümumiyyətcə qeyd etmək lazımdır ki, UNO-ların var olub- olmaması barədə hələ də öz təsdiqini tapmış bir fikir yoxdur. Ancaq tez-tez insanalrın “uçan boşqab”ları görməsi, onlarla rabitə qurduğunu iddia edən insanların çoxalması UNO-ların həqiqətən mövcud olması ilə bağlı fərziyyələri daha da gücləndirib.

Astroloq Firudin Qurbansoy Modern.az-a deyib ki, UNO-lar həqiqətən var:

“UNO-lar əlbəttə ki, var. Allah-Təalanın qüdrəti çox böyükdür. Sadəcə, canlı varlıqlar Yer kürəsində deyil. Allah başqa planetlərdə də canlı varlıqlar yaradıb. İnsanlar özlərindən ağılsız insanları daha yaxşı başa düşür, nəinki özündən daha ağıllıları. Yadplanetlilər bizdən daha çox inkişaf ediblər. Yer kürəsində bir-biriylə rabitə qurmaq üçün bu gün mobil telefondan, kompüterdən və başqa vasitələrdən istifadə olunur, amma yadplanetlilər üçün bu vasitələr artıq bir heçdir”.

Firudin Qurbansoy qeyd edib ki, Allah bəzən imkan verir ki, insanlar yadplanetlilərlə rabitə qura bilsin:

“Yadplanetlilər, bəzən, elə yerlərdə görünürlər ki, orada rabitə olmasın. Onların məqsədi özlərini göstərməkdir. Amma bəzən də əksinə, rabitə qurmaq məqsədi ilə planetimizə gəlirlər. UNO-lar təbii ki, var”.

Firudin Qurbansoyun sözlərinə görə, UNO-ların bizim dünyadan olan insanlarla əlaqə yaratması mümkündür.

“Dünyada yadplanetliləri görənlər, onlarla danışanlar var”.

Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından isə indiyədək UNO-larla bağlı araşdırma aparmadıqlarını və bu səbəbdən də onların varlığından danışa bilməyəcəklərini bildiriblər.

Tarix
2017.12.21 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla