Yuxarı

Ölüm hökmü bərpa oluna bilərmi? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bir neçə qadın deputatı ailə-məişət zəminində qətllərin sayının artmasının səbəbləri və bunların aradan qaldırılması üçün hansı yolların olması ilə bağlı Şərq.az-ın suallarını cavablandırıb. Elmira Axundovanın bu kimi halların aradan qaldırılması üçün ölüm hökmünün bərpa edilməsi təklifi isə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Axar.az-ın suallarını cavablandıran hüquqşünas Fərhad Mehdiyev bildirib ki, ölüm hökmünün bərpası beynəlxalq hüquq və insan hüquqları baxımından düzgün deyil:

“İlk növbədə, Azərbaycan Avropa Şurasına üzv ölkədir. Əgər belə bir məsələ ortaya atılarsa, onda gərək Avropa Şurasına üzvlükdən çıxaq. Çünki dövlətlər Avropa Şurasına üzv olanda ölüm cəzasını qanunvericilikdən yığışdıracağına, ya da tətbiq etməyəcəyinə dair öhdəlik götürürlər. Biz Avropa Şurasında qala-qala bu cəzanı tətbiq edə bilmərik. Hazırda təkcə Avropa Şurasında deyil, bütün dünyada ölüm cəzasının yığışdırılması kimi tendensiya var”.

F.Mehdiyev qeyd edib ki, beynəlxalq hüquqa əsasən, qatı cinayətkarların belə vaxtından əvvəl azadlığa buraxılması mümkündür:

“Ancaq bu nəticəyə gəlmək üçün ilk növbədə həmin şəxsin həbsdə olduğu yerdə özünü aparması müəssisə müdiri tərəfindən sənədləşdirilməlidir. Bunlar nəzərə alınaraq, həmin şəxslər vaxtından əvvəl həbsdən buraxıla bilir. Yəni müasir cinayət hüququnda qatı cinayətkarlar cəzalarının 25 ilini çəkdikdən sonra islah olunduqlarına dair kifayət qədər ciddi dəlillər ortaya qoya bilirlərsə, qaldığı yerin müdiriyyəti tərəfindən onların lehinə bir sənəd varsa, o zaman onların cəzası azaldıla, yaxud da şərti olaraq azadlığa buraxıla bilərlər”.

F.Mehdiyev vurğulayıb ki, əgər ömürlük həbs cəzası verilən şəxs xüsusi təhlükəli cinayətkardırsa, onun vaxtından əvvəl azadlığa çıxması, yaxud əfvdən yararlanması təmin olunmaya bilir:

“Doğrudur, həmin şəxslərin qaldığı həbsxanada bu tələblərlə çıxış etməsi üçün heç bir əngəl yoxdur. Ancaq onun bu müraciətinə müsbət cavab verilməsi çox az hallarda baş verə bilər”.

F.Mehdiyev Avropa və ABŞ-da da qatı cinayətkarlara qarşı tətbiq olunan cəzalar barədə məlumat verib:

"ABŞ-da ölüm hökmü də, ömürlük azadlıqdan məhrum etmə də var. Lakin bu ölkədə də ömürlük həbs cəzası alanlara əfv ilə həbsxanadan çıxma imkanları tanınır. Amma bu o demək deyil ki, həmin insanların müraciət edən kimi həbsdən çıxmasına izn verilir. Avropada və Amerikada həbsin məqsədləri fərqli olur. Avropada insanları həbs etməyin əsas məqsədi həmin şəxsi islah etməkdir. Yəni bu islah hətta ömürlük azadlıqdan məhrum edilən məhbuslar üçün də nəzərdə tutulur. Əgər müəyyən müddət keçdikdən sonra şəxs islah olduğunu şübhəyə yer buraxmayacaq şəkildə sübut edirsə, onu vaxtdan əvvəl həbsdən çıxarmaq mümkündür”.

Tarix
2017.12.22 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla