Yuxarı

Direktorun biri damarını doğradı, biri otağında öldü – Nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribovun intihar məqsədilə damarlarını doğraması ilə bağlı bəzi məqamlar məlum olub.

Axar.az xəbər verir ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, intihara cəhd edən direktordan 20 min manat pul tələb edilib. Tələb edilən pulu verməyəcəyi təqdirdə isə ərizə yazaraq işdən çıxarılacağı bildirilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin gün Göyçay rayonunun Çayarxı kəndində də anoloji hal yaşanıb. Belə ki, həmin gün Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovdan da küllli miqdarda pul tələb edilib. Bu tələb 50 yaşlı direktorun infarkt keçirməsi ilə nəticələnib. Vəziyyəti pisləşən direktor müayinə üçün Bakıya gətirilib. Lakin Bakıda vəfat edib.

Pul tələb edildiyinə görə dünən məktəbin qarşısında intihara cəhd edərək damarlarını doğrayan A.Qəribovun işi ilə bağlı artıq Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan Axar.az-a verilən məlumata görə, araşdırma getdiyi üçün əlavə məlumat verə bilməzlər.

Göyçay Rayon Təhsil Şöbəsinin məsələ ilə bağlı Axar.az-a danışan əməkdaşı bildirib ki, yazılanlar həqiqətə uyğun deyil.

“Direktordan pul tələb edilməsi yalandır. Hazırda məsələ araşdırılır. Nəticə barədə günün ikinci yarısı mediaya açıqlama veriləcək”.

Damarlarını doğramağa cəhd edən direktorun idarə etdiyi 9 saylı məktəb isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Xəstəxanaya yerləşdirilən direktorun vəziyyəti ağırdır.

Tarix
2017.12.22 / 10:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla