Yuxarı

Bizə müraciət edənlərin anonimliyi qorunur - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti görüş Əmircan qəsəbəsində baş tutub.

Axar.az xəbər verir ki, Suraxanı rayon Əmircan qəsəbəsi 84 saylı orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələrinin ciddi addımlar atdığını bildirib.

Ölkəmizdə də narkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyən N.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.

Həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsindən də danışan N.Həsənov qeyd edib ki, rayonumuzda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin “qaynar xətt”in yaradılmasıdır:

“Təcrübə göstərir ki, məhz “qaynar xətt” vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, “qaynar xətt” vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır”.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.

Tarix
2017.12.22 / 16:50
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla