Yuxarı

Bakıda YAP-ın təşkilatçılığı ilə konfrans keçirildi- Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda partiya rəhbərliyi, hökumət üzvləri, partiyanın yerli təşkilatlarının rəhbərləri və deputatlar iştirak ediblər.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov son illər Azərbaycanın təşəbbüsü ilə keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəyə verdiyi dividendlərdən danışıb. O qeyd edib ki, bu layihələr xalqın rifahının yaxşılaşmasına xidmət edir.

Bu konfransın əlamətdar bir gündə keçirildiyini deyən Ə. Əhmədov qeyd edib ki, dekabrın 24-də prezident İlham Əliyevin doğum günüdür. “Mən Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası adından prezident İlham Əliyevi təbrik edirəm. Prezidentimizə möhkəm can sağlığı arzu edirəm. Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Cəmi 10 aydan sonra. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən ciddi pozitiv dəyişikliklər, Azərbaycanın dünya miqyasında rolunun artması - bütün bunlar məcmu halında prezidentimizin yüksək seçki şansını təmin edir. Mən inanıram ki, 2018-ci ildə prezident seçkilərindən sonra biz gələn ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin tarixi sevinci altında keçirəcəyik”, - deyə Ə. Əhmədov vurğulayıb.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çıxış edərək müasir nəqliyyat-logistik şəbəkələri və xidmətləri vasitəsi ilə respublikamızın tranzit imkanlarından geniş və səmərəli istifadə edilməsi üçün görülən tədbirlərdən danışıb.

O bildirib ki, milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, boru kəməri yolları tədqiq edilir.

C. Qurbanov qeyd edib ki, ölkədə nəqliyyat sektorunda görülən tədbirlər ölkənin tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.

O əlavə edib ki, Azərbaycan yolayırıcında yerləşən ən mühüm ölkə hesab edilir: “Yolayrıcılığının yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərindən əldə edilən vəsaitin büdcənin əsas gəlir mənbəyinə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir".

Qeyd edək ki, bununla da, konfransın rəsmi hissəsi başa çatıb.

Tarix
2017.12.23 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla