Yuxarı

Ermənilər Sərsəng anbarının məsuliyyətini üstündən atır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarı Azərbaycan üçün ciddi təhlükə yaradır.

"Axar.az"ın verdiyi xəbərə görə, bunu "Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" elmi-praktiki konfransda çıxışı zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

O qeyd edib ki, Sərsəng su anbarı işğal edildikdən sonra Ermənistan hökuməti orada heç bir profilaktiki iş aparmayıb: "Çünki Ermənistanın buna sadəcə, maddi imkanı yoxdur. Nəticədə bu su anbarı təbii yolla dağıla bilər ki, bu da ətraf rayonların su altında qalmasına gətirib çıxarar. Ermənistan bu problemin həlli üçün Azərbaycanı bu məsələyə cəlb etməklə Sərsəng su anbarının məsuliyyətini Azərbaycanla bölüşmək istəyir, digər tərəfdən, danışıqlarda "Dağlıq Qarabağ Respublikası"nı bir tərəf kimi təqdim etmək məqsədi güdür".

R.Rzayev problemin həlli kimi hesab edir ki, icmalar arasında dialoq qurulmalı, Sərsəng su anbarının mövcud durumunu öyrənmək üçün Azərbaycan və beynəlxaq mütəxəssislərdən ibarət ekspert qrupu yaradılmalıdır.

Tarix
2013.11.25 / 12:03
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla