Yuxarı

Qəzet köşklərində nə satılır? - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" saytı olaraq dünən bir neçə metro-stansiyanın həndəvərində olduq.

Qəzet satılan köşklərdə indi əslində nələrin satıldığı ilə bağlı araşdırma apardıq. Və məlum oldu ki:

"20 yanvar" metrosunda 28 nömrəli obyektdə əvvəllər qəzet satılırdı. İndi isə bura oyuncaq dükanı olub.

"Nizami" metrosunun çıxışında yerləşən 160213 nömrəli obyekti qəzet qadağasından sonra başqa sahibkar işlədir və xırda məişət əşyaları (şam, fənər, stəkan, alışqan, sap) satmaqla məşğul olur.

"Cəfər Cabbarlı" stansiyasının çıxışındakı qəzet köşkü isə qadağadan sonra boş qalıb.

"Sahil" metrosunun girişində olan qəzet köşkü də indi oyuncaq dükanı olub. Satıcının dediyinə görə, onsuz da onlara qəzet satmaq sərf eləmirmiş.

"Sahil" stansiyasının çıxışındakı qəzet köşkündə indi təsbeh, brelok, boyunbağı, qolbaq və s. bəzək əşyaları satılır. Söhbət zamanı satıcı bildirdi ki, qəzet satdığı zaman 200 manat icarə haqqı verirdi. İndi isə 350 manat olub.

"İçərişəhər" metrostansiyasının çıxışındakı 1 saylı obyekt də həmçinin oyuncaq dükanına çevrilib.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Zağulbada "Juanalistlərin dostu" mükafatının təqdim edilmə mərasimində jurnalistlərlə görüşündə dövlət başçısı deyib: "Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır".

Tarix
2013.11.25 / 12:00
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla