Yuxarı

DİM 205 müəllimi bazadan çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

Trend-in məlumatına görə, bunu bu gün DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

O bildirib ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.

M.Abbaszadə qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub: "Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib".

Tarix
2017.12.25 / 11:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla