Ana səhifə Toplum |
Cəbhə bölgələrində qulluq edən zabitlərin yeni uniformasında kəmərin olmaması qanunsuzluqdur. Bu, döyüş şəraitində həm hərbi, həm də gigieniya baxımından yolverlilməzdir.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov "Axar.az"ın cəbhə bölgələrində zabitlərə yeni hərbi geyimlərin tətbiqi və bu uniformalarda kəmərlərin ləğv edilməsi ilə bağlı yaydığı xəbərə münasibət bildirərkən dedi. Hərbi ekspert dediklərini belə əsaslandırdı:
"Uniformanın üzərində olan kəmərin öz funksiyası var. Özü də bu cəbhə bölgələrində xidmət edən zabitlər üçün xüsusi məna daşıyır. Kəmər əsgər və ya zabitin döyüş ləvəzimatlarını gəzdirməsi üçün nəzərdə tutulan vasitədir. Təsəvvür edin, döyüş gedir və zabit ehtiyat maqazini əldə etməlidir. Kəmər olmadan o, bunu necə edə bilər? Yəni döyüş vaxtı cəldlik tələb olunur – maqazini və ya qumbaranı cibdə gəzdirmək əlavə təhlükədir. Bundan başqa, kəmər olmadan təhlükəli anlarda "döyüşə" komandası əmri ilə hərəkət getmək həyat üçün faciəvi sonluqla nəticələnə bilər".
Tarix
2013.11.25 / 12:28
|
Müəllif
İlqar Vəliyev
|