Yuxarı

"RoyalBank" vətəndaşı aldadıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakini Cavanşir Bağırov əmanətini etibar etdiyi "RoyalBank"ı məhkəməyə verib. Buna səbəb vətəndaşa məxsus əmanətin geri qaytarılmasında ortaya çıxan mübahisələrdir.

"Axar.az"ın məlumatına görə, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən "RoyalBank" ASC əmanətçilərinə kompensasiya ödəməkdən boyun qaçırır.

C.Bağırovun sözlərinə görə, 2011-ci il avqustun 22-də imzalanan 165, 166. 167, 168, 169, 170 saylı müqavilələrlə 20 min manat və 10 min ABŞ dolları məbləğində pulunu "RoyalBank" ASC-nin Gəncə filialına qoyub. Əmanətlər "Depozit müqaviləsi" ilə aylıq 13 faiz olmaqla 14 ay müddətinə banka etibar edilib.

Bu müqaviləyə görə, illik faiz dərəcəsi 11,1 faiz hesablanmalıdır. Beləliklə də qoyulan əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfində qaytarılacaq əmanətlər sırasına daxil olub. Sözügedən müqavilənin 5-ci maddəsində "RoyalBank"ın qəbul etdiyi həmin əmanətin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanması barədə ayrıca müddəa əksini tapıb.

"Royal Bank" ASC-nin lisenziyası ləğv olunduqdan sonra sığortalanmış əmanətini geri ala bilməyən C.Bağırov bildirib ki, bank əməkdaşları sənədləri saxtalaşdırıblar: "Mən pulu geri almaq üçün müraciət etdikdə Əmanətlərin Sığortalanması Fondundan bildirdilər ki, sənin əmanətin sığortalanmayıb.

Səbəb kimi isə illik faiz dərəcəsinin 13 faiz olmasını göstərdilər. Lakin müqavilədə açıq-aydın görünür ki, illik faiz dərəcəsi 11,1 faizdir". Lakin C.Bağırov müqavilə bağlayarkən ona əmanətinin sığortalandığı bildirilib. Bu məsələ yazılı şəkildə müqavilədə də öz əksini tapıb. Lakin bank iflas etdikdən sonra bunun əksini iddia edib. Ona görə də haqqını geri almaq üçün C.Bağırov Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.

Artıq dekabrın 3-də onun ərizəsi məhkəmədə araşdırılacaq. Bundan əlavə C.Bağırov müvafiq sənədləri araşdırmaq üçün Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini də bildirib.

Tarix
2013.11.25 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla