Yuxarı

Nəqliyyat Nazirliyi jurnalsitin döyülməsinə reaksiya verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Abuzər Cəfərlinin "Musavat.com" saytına verdiyi məlumata görə, 5-6 nəfər mülki geyimli şəxs özlərini NN-in müfəttişləri kimi təqdim edərək, ona xəsarət yetirib, sənədlərini və maşınının mücrüsündəki 150 manat pulunu götürərək gediblər.

Mətbuat məsələni birtərəfli şəkildə işıqlandırır

Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov "Axar.az"a açıqlamasında son günlər nəqliyyat müfəttişlərinin artan özbaşınalıqları və Abuzər Cəfərlinin döyülməsi xəbərinə aydınlıq gətirdi:

"Bəzən mətbuat bu məsələni birtərəfli şəkildə işıqlandırır. Müfəttişlər onların icraatına daxil olan şəkildə lazım olan sənədləri vətəndaşdan tələb edirlər. Bu vaxt sürücü sənədi təqdim etməkdən imtina edir və nəticədə bəzi xoşagəlməz hallar baş verir. Düzdür, etiraf edirəm ki, bəzi müfəttişlər qanunsuz hərəkətlər törədir və biz onların qarşısını almaq üçün əlimizdən gələni edirik. Cəzası sübuta yetirilən əməkdaşlarımızı işdən azad edib, məsuliyyətə cəlb edirik. Təəssüflər olsun ki, hər hansı bir əməkdaşın özbaşınalığı Nəqliyyat Nazirliyinin adına yazılır.

Jurnalist Abuzər Cəfərlinin döyülməsi məsələsini bu gün mətbuatdan oxudum. Doğrusu, onu tanımadım, amma bu, faktı araşdırmağımıza əngəl törətmir. Bu haqda lazımı tədbirlər görülür və əminəm ki, hadisədə günahkar olan sonda layiqli cəzasını alacaqdır".

Müfəttişin üzərinə düşən vəzifə

Nazirlik sözçüsü həmçinin sürücü sənədi təqdim etməkdən imtina edərsə, nəqliyyat müfəttişlərinin hüquqi cəhətdən üzərinə düşən vəzifə barədə məlumat verdi:

"Bu vaxt müfəttişin sürücüyə qarşı hər hansı zorakı üsul tətbiq etməsi qanunsuzdur. Vətəndaş sənədi təqdim etməkdən imtina edərsə, müfəttiş dərhal bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır. Müfəttişin qanunsuz əməlləri haqda isə bizim "qaynar xətt" və DİN-in "102" xidməti ilə əlaqə yaratmaq yetərlidir".

Tarix
2013.11.25 / 16:24
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla