Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Bakı meri Şeyxə uduzdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı qaldırdığım iddia ərizəsində Ali Məhkəmə mənim xeyrimə qərar çıxardı".

Bunu AzNews.az-a açqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib. O, qeyd edib ki, hazırda Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin verəcəyi sənədi gözləyir: "Əvvəlcə rayon məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi mənim xeyrimə qərar çıxarmışdı. Məhkəmə işlə bağlı mənə iki ay müddətində qərar verməlidir. O qərara əsasən mənim hüququm bərpa olunacaq. Yəni mən o qanuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən çıxarılan qərarın icrasını tələb edəcəm. Məhkəmə qərarlarını icra edən idarə var, oradan sənəd alan kimi lazımı addımı atacağam. Hacıbala Abutalıbov vəzifə səlahiyyətindən istifadə edərək mənə əlindən gələn nə pislik vardısa, elədi. Amma qanun qarşısında aciz qaldı. Hacıbala o qanundan kənar qaca bilmədi, bilməyəcək də".

Xatırladaq ki, Şeyx Əbdül Mahmudbəyovun yaşadığı mənzilə "Qış bulvarı"nın tikintisi zamanı ziyan dəyib. Dəymiş zərərin ödənilməsi ilə əlaqədar aktyor Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Tarix
2014.07.17 / 15:18
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanda manyak: polis hər yerdə onu axtarır - Foto

SSRİ-nin qoşun hissələri Bakıya yeridilib - Polkovnik

Gömrükçülər 20 Yanvar şəhidlərini yad etdilər

20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır - Özoral

Ermənilər Qazaxı atəşə tutdu - Rəsmi

Bakıda maşın oğruları tutuldu

Sülh Platformasından 20 Yanvar ilə bağlı - Bəyanat

Göyçayda torpaq uçqunu: fəhlə öldü

Bakıda 1,3 milyona obyekt satılır - Foto

Ucarda ağır cinayət: Ata və oğlu bıçaqlandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla