Yuxarı

Röyanın keçmiş əri prokurorluğa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları - Anar, Teymur və Asim prokurorluqda ifadə veriblər.

Axar.az xəbər verir ki, Çingiz Cəlilovun cinayət işi üzrə ifadə verən oğlu Anar Cəlilov heç bir yerdə işləmədiyini deyib.

Onun sözlərinə görə, Çudo Peçka MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub:

"2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın MUM-un (Mərkəzi Univermaq) yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Həmin sənədlərdə 4 milyon 225 min manatlıq kredit müqaviləsi var idi. Həmin sənədlərə imza atmışam. Amma kredit üzrə vəsaiti mən götürməmişəm".

Çingiz Cəlilovun digər oğulları - Teymur və Asim, həmçinin qardaşı Pərviz də Anar Cəlilovun verdiyi ifadələrə uyğun danışıblar. Onlar adlarına götürülən kreditlərin təklifi Çingiz Cəlilovdan gəldiyini deyiblər.

Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, ifadəsi məlum olan Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş əridir.

Tarix
2018.01.12 / 09:44
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla