Yuxarı

Qayınatanın döydüyü gəlin qəza yaralıları arasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qayınatası tərəfindən döyülərək xəstəxanalıq olan gəlin avtobus qəzasının yaralılarına qarışıb.

Bu barədə Axar.az-a Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bu gün Lənkəran-Bakı reysi üzrə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində baş vermiş qəzada yaralananlar barədə danışarkən məlumat verilib.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların sayı 9 nəfər göstərilsə də, əslində 7 yaralı olub:

“Qəzada 7 nəfər yaralanıb. Aralarında ağır yaralı yox idi. Ümumi müayinədən sonra hamısı ambulator müalicəyə buraxılıb. Yaralılardan biri də “Xəzər Lənkəran” futbol klubunun oyunçusu Namiq Qarayev idi. O da ilkin müayinədən sonra evə buraxılıb”.

Klinikadan verilən məlumata görə, qəza yaralıları kimi siyahıya düşən iki şəxs isə qayınatası tərəfindən döyülən gəlin və onunla birgə xəstəxanaya müraciət edən şəxs olub:

“Səhər bir gəlin və yanında bir şəxs xəstəxananın Travmatologiya şöbəsinə müraciət etmişdi. Cavan gəlin idi. Qayınatası tərəfindən döyülmüşdü. Onun ardınca qəza yaralıları gətirilib. Səhvən siyahıya onların da adı düşüb. Qayınatası tərəfindən döyülən gəlin hazırda Travmatologiya şöbəsindədir”.

Qeyud edək ki, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı “KİA” markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb. Nəticədə 7 nəfər yaralanıb.

Tarix
2018.01.12 / 15:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla