Yuxarı

Azərbaycan səfiri Xorvatiya prezidenti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xorvatiyadakı səfir Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumatına görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən görüş zamanı F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılan məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstəyini xahiş edib. Səfir 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula-1" və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğulayıb.

Bununla yanaşı, qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilmiş və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Sonda səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini Prezident K.Grabar-Kitaroviçə təqdim edib.

Tarix
2018.01.13 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla