Yuxarı

Həkimindən İsa Qəmbərin səhhəti ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir.

Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: “Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır”.

İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur:

“Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur”.

Tarix elmləri namizədi Aidə Qəmbər bildirib ki, həyat yoldaşı İ. Qəmbəri səhhəti yaxşıdır: “Mən İsa bəyin yanındayam. Onu müalicə edən həkimlə də danışmışam. Hər şey yolundadır. Düşünmürəm ki, onu xarici ölkəyə göndərmək lazım olsun. Yəqin ki, buna ehtiyac olmayacaq. Buradakı həkimlər də sağ olsunlar, İsa bəyə çox diqqətlə, qayğı ilə yanaşırlar. Onlara da təşəkkür edirəm”.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

Tarix
2018.01.16 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla