Yuxarı

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakı şəhərinin Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Axar.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının, eləcə də qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar yanvarın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai,Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Tarix
2018.01.16 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla