Yuxarı

Qoca ilə qaçanlarla bağlı son məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Qoca” ləqəbli tanınan dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq həbs edilən Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi təqdimata baxılıb.

Axar.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Taksi xidməti göstərən Məhəmməd Hacıyev Günay Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, Etibar Məmmədov isə oradan qaçıb.

Məhəmməd Hacıyev və Günay Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib. Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2018.01.17 / 11:19
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla