Yuxarı

Hər gün bir ərazidə qaz niyə kəsilir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ənənəvi qış problemlərindən biri də təbii qazın verilişində tez-tez məhdudiyyətlər yaranmasıdır. Bakının qaz borularında sanki qış aylarında problem yaranır, sızma olur və yaxud nədənsə “Azəriqaz” qaz borularını qışda yeniləyir, əhalinin qaz təminatının yaxşılaşması üçün qış aylarında daha aktiv fəaliyyət göstərir.

Bütün bunların nəticəsində isə hər gün Bakının bu və ya digər qəsəbə və kəndlərinə, bəzən də bütövlükdə rayona qazın verilişində qısamüddətli də olsa, məhdudiyyətlər tətbiq edilir. Bu isə “Azəriqaz”ın qışa heç də hazır olmaması təəssüratını yaradır.

Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Axar.az-a açıqlamasında problemi belə izah edib:

“Təsərrüfatda yeraltı və yerüstü xətlər var. Gündəlik aparılan baxış zamanı hansısa xəttə təhlükə yaradan yerlər qeydə alınırsa, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq dərhal müdaxilə olunur, problem aradan qaldırılır. Ümumiyyətlə, qaz təsərrüfatında aparılan işlər tək payız-qış növsümünə hazırlıqla yekunlaşmır”.

İ.Kərbalayev bildirib ki, şəhərdə durmadan yaşayış binaları artır, fərdi mənzillər çoxalır, yeni binalar inşa edilir. Həmin binalarda təbii qazın açılması zərurəti yaranır. Bu da təbii olaraq ərazi üzrə qaz məhdudiyyətinə səbəb olur:

“Yaşayış binalarına çəkilən qaz xətlərinin qaz təchizatı mənbəyinə qoşulması zamanı ərazi üzrə məhdudiyyət olur. Bu da normal prosesdir”.

Qaz eksperti Nüsrət Qasımov da zaman-zaman qaz verilişində məhdudiyyətlərin olmasını normal hesab edir. Axar.az-a açıqlama verən ekspert bildirib ki, dünya üzrə bu cür problemlər olur:

“Bakı şəhəri 1929-cu ildə qazlaşdırılıb. O vaxtdan torpağın altında olan qaz boruları var ki, istismar müddətini çoxdan başa vurublar. O boruların 33 il müddəti vardı. Onların hamısının tez zamanda yeniləri ilə əvəzlənməsi asan deyil. Gərək hissə-hissə bütün şəhər qazılsın, borular dəyişdirilsin. Bu zaman daha uzun müddətli fasilələr yaranacaq. Belə uzunmüddətli fasilələr olmaması üçün tez-tez qaz xətlərinə baxış keçirilir. Cüzi nöqsan qeydə alınan kimi, hər hansısa faciə baş verməsin deyə, müdaxilə edilir, qazın verilməsi məhdudlaşdırılır ki, iş aparılsın”.

N.Qasımov bildirib ki, 20 min kilometrdən çox qaz kəməri, 1 milyon yarımdan çox istehlakçı var. Bütün bunlar nəzərə alınaraq daimi profilaktik tədbirlər aparılmalıdır. Belə tədbirlər zamanı da qazın məhdudlaşdırılması olduqca normaldır:

“Bakıda bu proses kütləvi surətdə deyil. Zamanla problem olan qaz xətlərində iş aparılır, məhdudlaşdırma olur. Şəhərdə dayanmadan yeni binalar tikilir. Onlar da qazlaşdırılmalıdır. Bu prosesin özü də zaman alır. Burada məhdudlaşdırma mütləqdir. Yeni xətlər köhnələrə qoşulmalıdır. Bu, heç də asan proses deyil.

Hələ indiyə kimi qazın məhdudlaşdırılmasına görə Bakı şəhəri iflic vəziyyətə düşməyib. Əgər qışda və ya yayda qeydə alnan hər hansı nöqsanın qarşısı zamanında alınmasa, qış olduğu nəzərə alınıb, iş yay ayına saxlanılsa, partlayış ola bilər, faciə yaşanar.

O zaman qaz boruları çəkiləndə indiki müasir izalyasiya vasitələri yox idi. Torpağın, suyun təsirindən borular aşınır, köhnəlir. Əhali bütün bunları nəzərə almalı, bir neçə saatlıq qaz məhdudiyyətinə dözməlidir”.

Tarix
2018.01.17 / 12:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla