Yuxarı

DGK sədri Tacikistan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

DGK-dan Axar.az-a verilən məlumata görə, A. Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Tacikistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra komitə sədri gömrük işi sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə toxunaraq, Azərbaycan və Tacikistan gömrük xidmətləri arasında 2007-ci ildə "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin imzalandığını məmnunluqla xatırladıb. Eyni zamanda, Azərbaycan gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyi bildirən DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin yerləşdiyini, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin də fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

R. Soliyev iki qardaş ölkənin əlaqələrindəki mövcud vəziyyəti yüksək qiymətləndirib, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. Səfir Azərbaycanın gömrük sistemində tətbiq edilən yenilikləri nəzərə almaqla ölkəsinin analoji qurumunun bu təcrübədən yararlanmaqda maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, kinoloji xidmət və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Tarix
2018.01.17 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla