Yuxarı

Jurnalistlər ADU-da imtahanın gedişini izlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində 2017-2018-ci tədris ilinin payız imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə universitetə mediatur təşkil olunub.

Axar.az xəbər verir ki, universitetin Tədris işləri üzrə prorektoru Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Daha sonra imtahan prosesi izlənilib.

Mediaturdan sonra media nümayəndələri ADU-nun rektoru Kamal Abdulla ilə görüşüblər. Rektor media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağını deyib.

O, universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, imtahan sessiyası əyani şöbədə fevralın 5-dək, qiyabi şöbədə isə fevralın 8-dək davam edəcək.

Tarix
2018.01.17 / 14:37
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla