Yuxarı

Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər Dəniz Gəmiçiliyi”nin ekspertlər qrupunun ötən həftə “Stalinin yaxtası”na texniki baxış keçirməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Xəzər Dəniz Gəmiçiliyinə aid olan heç kəs gəmiyə baxış keçirməyib.

Bu sözləri Axar.az-a Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev azərbaycanlı ekspertlərin "Stalinin yaxtası"na baxış keçirməsi və qiymət danışıması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

M.Mehdiyevin sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi QSC adıçəkilən gəmini almaq niyyətindədir. Lakin bununla bağlı hələ son qərar verilməyib.

QSC sözçüsü bildirib ki, bu məsələ ilə bağlı hər hansısa qərar olacaqsa, bu barədə mətbuata açıqlama veriləcək.

Məlumata görə, Moskva Çay Gəmiçiliyi İdarəsi 1934-cü ildə inşa edilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maskim Qorki” teploxodunu 20 milyon rubla (600 min manat) satışa çıxarıb. Potensial alıcılardan biri də Xəzər Dəniz Gəmiçiliyi QSC-dir.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, XDG-nin ekspertlər qrupu ötən həftə gəmiyə texniki baxış keçiriblər.

“Maksim Qorki” gəmisi 1934-cü ildə inşa edilib. Onun uzunluğu 69 metr, eni 13 metrdir. Gəmi 30 km/saat sürət yığa bilir. Teploxodun “Stalinin yaxtası” adlandırılmasına baxmayaraq, İosif Stalinin orada istirahət etməsi ilə bağlı heç bir fakt yoxdur. 1935-ci ildə bu gəmidə Maksim Qorkinin istirahət etməsi ilə bağlı yayılan rəvayət də öz təsdiqini tapmayıb.

Tarix
2018.01.17 / 14:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla