Yuxarı

“Nə haqla MƏN-im dinimə dil uzadırsan?!” – Vüsal Məmmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar gənclərin sosial şəbəkələrdə yazdıqları statuslar böyük müzakirələrə, mübahisələrə səbəb olur.

Tanınmış jurnalist Vüsal Məmmədov bu mövzu ətrafında Axar.az-ın suallarını cavablandırıb:

- Vüsal bəy, nəyə görə gənc yazarların sosial şəbəkələrdə yazdıqları statuslar mətbuata daşınır, bu qədər müzakirə olunur?

- Mətbuatda çalışanlar da kütlənin bir üzvüdürlər, onlar sövq-təbii hiss edirlər ki, hansı mövzular kütləni tərpədə, kütlə eqosunu qıcıqlandıra bilər. Səbəb ya budur, ya da odur ki, kimisə bilərəkdən “vurmaq”, onu kütlənin ayaqlarının altına atmaq məqsədi güdülür ki, qoy, tapdalayıb başını əzsinlər.

- Bəs kütlənin bu məsələyə aqressiyasının kökündə nə dayanır?

- Kütləni birləşdirən bir neçə qüvvə var, onların başında Mortido gəlir. Mortido – yəni Libidonun əksi olan, dağıtmaq, yıxmaq, məhv etmək enerjisini idarə edən qüvvədir. Ona görə də dünyanın istənilən yerində kütlələr nəyisə məhv etmək, dağıtmaq, kimlərisə cəzalandırmaq üçün çox asanlıqla birləşə bilirlər. Mortido öz köklərini eqodan alır. Nəyisə məhv etmək insan eqosunu məmnun edən ən böyük stimullardan biridir. Bu hisslər cəmlənəndə “kütləvi eqo” əmələ gəlir ki, o da, sadəcə olaraq, dəhşətli bir qüvvədir. İctimai mahiyyət daşıyan bütün dağıdıcı proseslərin arxasında kütlə eqosu dayanır. Ortada öz “MƏN”ini müdafiə etmək iddiasında olan nəhəng bir güc var ki, qabağına çıxan hər kəsi sadəcə, əzib keçər.

- Onda belə çıxır ki, kütlənin müdafiə instinktinin alt qatında da öz eqosu dayanır.

- Bəli, kütlə dinini, ideologiyasını, sevdiklərini qorumaq adı altında əslində öz “mən”ini, eqosunu müdafiə edir. “Sən nə haqla MƏN-im dinimə, MƏN-im ideologiyama, MƏN-im sevdiklərimə dil uzadırsan?!” Amma bu məntiqlə yanaşsaq, hər şey, o cümlədən, kütləvi olmayan şeylər də kimlər üçünsə əzizdirlər; məsələn, sayentologiya dini bizim üçün axmaqlıq ola bilər, amma Tom Kruz ona ciddi şəkildə inanır. Hər bir insanı sevən kimsə var, onda gərək heç kim təhqir olunmasın. Əsas olan, təəssüf ki, bu deyil; əsas olan məfhumun arxasında dayanan “mən”in, yəni eqonun böyüklüyüdür.

Kütlə üçün dəyərli olan məfhumların arxasında sadəcə olaraq, nəhəng, kosmik miqyaslı eqo dayanır. O qədər nəhəng ki, hər birimizin üstündən asfaltçəkən maşın kimi keçib gedə bilər. Onun qabağına çıxmaq lazım deyil.

Tarix
2018.01.17 / 16:37
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla