Yuxarı

Nazirlik bu qurumun əmlakını geri alır – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti Hövsan Quşçuluq MMC-ni məhkəməyə verib. Hazırda ASC ilə MMC arasnda məhkəmə prosesi davam edir.

Axar.az xəbər verir ki, ASC-nin iddiaları proses zamanı qismən təmin edilib. Məlumata görə, MMC məhkəmənin çıxardığı qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

Hövsan Quşçuluq MMC-dən faktı Axar.az-a təsdiqləyiblər. MMC-dən verilən məlumata görə, iki qurumun məhkəmə çəkişməsinə səbəb “Hövsan Quşçuluğ”un iqtisadi durumu ilə bağlıdır:

“2016-cı ildəki iqtisadi durum nəticəsində yem qiymətlərinin qalxması kimi problemlər ödəməmizin gecikməsinə səbəb oldu. Aqrolizinq ASC-nin bizi məhkəməyə verməsinə səbəb də bu gecikmədir. Məhkəməmiz hələ davam edir. Bu müddət ərzində biz ASC-nin rəhbərliyi ilə görüşüb vəziyyəti izah etmək istəyirik ki, bizə bəzi məsələlərdə güzəşt etsinlər”.

Hövsan Quşçuluq MMC-nin əməkdaşı bildirib ki, ASC rəhbərliyinə təklif irəli sürüblər:

“Təklifimiz var ki, az-az müəyyən məbləğ ödəyək. İqtisadi durumumuza görə hazırda vəsaiti birdəfəlik ödəyə bilmirik. Bu təklifimizlə razılaşsalar, inanırıq ki, məhkəmə də yekunlaşacaq”.

Qeyd edək ki, “Foodinfo.az” saytın məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən ASC quşçuluq şirkətindən pul vəsaitinin tutulması, müqavilənin ləğv edilərək lizinq obyektinin və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə tələb irəli sürüb.

Hövsan Quşçuluq MMC ölkənin ən iri quşçuluq müəssisələrindən biridir.

Tarix
2018.01.18 / 10:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla