Yuxarı

Yaxşı yataqxananı ancaq seriallarda görmüşük - Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş 13 noyabr tarixli iclasında tələbələrin yataqxana problemindən danışmışdı:

"Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələlərdəndir. Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın".

Bəs bu gün yataqxanalarda yerləşən tələbələrimizin gün-güzəranı necədir? Bu suala cavab tapmaq üçün yolumuzu Bakı Dövlət Universitetinin tələbə şəhərciyindən salıb, yataqxanadakı vəziyyətlə maraqlandıq.

Açılmayan qapılar

Yataqxanaya girən kimi, tələbələrin qaldıqları otaqların qapısını döyürəm. Heç kim məni otağına dəvət etmək istəmir. Hər kəs müxtəlif bəhanələr gətirir.

Sonradan səbəb aydın olur: tələbələr yaşayış şəraitindən çox utandıqlarına görə "buyurun" deyə bilmir.

Dəhlizdə bir-iki tələbəyə yaxınlaşıb danışmaq istəyirəm, amma onlar da vaxt darlığını bəhanə gətirib, tələsik uzaqlaşırlar. Xeyli foto çəkdikdən sonra biri yaxınlaşır:

"Hardan gəlmisiz, kimsiz?"- bu tipli müxtəlif suallar verdikdən sonra, tələbələrlə yataqxana ilə, burdakı şəraitlə bağlı söhbət etmək istədiyimi bildirirəm. Adını, hansı rayondan gəldiyini soruşuram.

İki xoruz əlləşdi...

Həcər İbrahimova BDU-nun fizika fakültəsinin ikinci kurs tələbəsi olduğunu, Şəki rayonundan gəldiyini deyir.

Rəsmən xahiş edirəm ki, məni içəri dəvət etsin.

Həcər əvvəlcə tərəddüd edir. Sonra razılaşır. Utana-utana otaqlarını göstərir.

Otaq çox basırıq olduğundan elə qapı ağzında çarpayıda otururam. Bu kiçik otaqda 4 nəfər qalır, bura onların mətbəxi, dərs çalışma otağı, eyni zamanda yatdıqları yerdir. Yataq otağı yox, məhz yatdıqları yer.

- Necə yaşayırsız?

- Özünüz görmürsüz? - Sualımıza sualla cavab verir. Və davam edir: - Yataqxana bərbad gündədir. Antisanitariya baş alıb gedir. Tarakanlar gəzir yerdə. Adam burda xəstəliyə düşməsə möcüzə olar. Mətbəx də, hamam da eyni gündədir.

- Dörd nəfər üçün bir balaca otaq darlıq eləmir?

- Otaqlar çox sıxlıqdır. Tərpənmək mümkün deyil, bir-iki nəfər üçün nəzərdə tutulan bu otaqda dörd nəfər tələbənin necə qaldığını təsəvvür eləyin də. Amma nə edə bilərik, bizim ayrı seçimimiz yoxdur. Kirayə də baha başa gəlir.

- Dərs oxuyanda necə, dörd nəfər bir otaqda necə yola gedir?

- Oxumaq mümkün deyil. İki nəfər oxuyanda birimiz də çıxıb, soyuq dəhlizdə oxuyuruq.

Bura tələbələr üçün nəzərdə tutulsa da, maraqlıdır ki, əvvəldən burda dərs oxumaq üçün ayrı yer nəzərdə tutulmayıb.

Daha sonra otaqda olan o biri tələbə də söhbətimizə qoşulur.

Aytən Namazova birinci kurs tələbəsidir.

O da yataqxanadakı şəraitin dözülməz olduğunu deyir.

Burda qaldıqları üçün nə qədər pul ödədiklərini soruşuram.

- İlinə yüz manat. Kirayədə qalmağa imkanım yoxdur. Həm də tələbə istəyər ki, əsl tələbəlik həyatı keçirtsin. Burda isə bu, mümkün deyil. Bura yaşayış üçün heç bir standarta cavab vermir. Biz bu ölkənin gəncləriyik, amma görün gənclər harda və necə şəraitdə dərs oxuyur, necə yaşayır.

İnstituta daxil olanda böyük xəyallarım var idi. Biz yaxşı tələbə yataqxanasını ancaq filmlərdə, türk seriallarında görmüşük. Çox arzulayardım ki, bizim ölkənin gənclərinin də elə tələbə həyatı olsun. Burda isə hər şey tamamilə fərqlidir. Hər şey xəyallardakı kimi deyil.

Gələn ilə ümid

Yataqxanada nə qədər tələbə danışdırırsan-danışdır, fərqli cavab ala bilməyəcəksən. Ona görə də otaqda foto çəkiliş edib onlarla sağollaşırıq. Ümid gələn ilin büdcəsinə qalır.

Tarix
2013.11.25 / 20:33
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla