Yuxarı

Hakim arvadını bıçaqlayan əri azad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən 74 yaşlı İbadullah Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib. O, çıxışında İbadullah Məsimovun yaşını və ağır xəstə olmasını nəzərə alınmalı olduğunu və ona sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İbadullah Mənsimov 3 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib və 1 il 6 ay sınaq müddəti təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 11-də Sabunçu qəsəbəsində baş verib. 74 yaşlı İbadullah Mənsimov arvadı Tərgül Mənsimovanı bıçaqlayıb.

Məlum olub ki, İ.Mənsimov həyat yoldaşından təqaüd kartını istəyib. Qadın isə kartı ərinə verməyib. Bu zaman tərəflər arasında mübahisə düşüb. 74 yaşlı kişi bıçaqla həyat yoldaşını bıçaqlayıb. Qadının həyatını xilas etmək mümkün olub.

İ. Mənsimov saxlanılaraq həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra onun sağlamlığında ciddi problemlər yarandığından İ.Mənsimov barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

İ. Mənsimova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Tarix
2018.01.19 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla