Ana səhifə Toplum |
Yanvarın 21-də, dəhşətli gecənin səhəri çətinliklə də olsa, işə getdik. Əməliyyatxananın qalın şüşələri sınıq-salxaq idi. Bu cür şəraitdə insanları əməliyyat edirdik.
Axar.az xəbər verir k, bu sözləri bu gün Azərbaycan Tibb Universitetində 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov bildirib.
Professor bildirib ki, həmin gün xəstəxanaya gətirilən yaralıların çoxu gənclər idi:
“Çox sayda yaralı gətirildi xəstəxanaya. Gənclər idi. Yaralıların əksəriyyətində iriçaplı güllə yaraları vardı. Çoxusuna 1 deyil, 2-3 güllə vurulmuşdu. O mənzərə qarşısında, elə çətin vəziyyətdə, şüşələri sındırılmış xəstəxanada yaralılara kömək edirdik, əməliyyata alırdıq”.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında Azərbaycan Tibb Universiteti 9 şəhid verib.
Tarix
2018.01.19 / 14:00
|
Müəllif
Nigar İxtiyarqızı
|