Yuxarı

SSRİ-nin qoşun hissələri Bakıya yeridilib - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra klub rəisi, polkovnik Fizuli Musayev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilib. Nəticədə dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingenti Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədib: “Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırıblar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olunub. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər. Axşam saat 7:30-da televiziya stansiyasının enerji bloku partladıldığından, televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər”.

Polkovnik deyib ki, o ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran ulu öndər Heydər Əliyev oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsini ucaldı. Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı.

Fizuli Musayev qeyd edib ki, daim gəncləri və gələcək nəslə bu qanlı hadisə, müstəqillik mübarizəsinin mahiyyəti aşılanmalıdır. 20 Yanvar bütün nəsillər boyu müstəqilliyimizin başlanğıcı olaraq daim yaddaşlarda qalacaq.

Tarix
2018.01.20 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla