Yuxarı

“Qış məktəbi” proqramı üzrə növbəti təlim - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-də Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun “Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təliminin açılış mərasimi keçirilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski bildirib ki, INCU - Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və digər təşkilatların gömrük işinin tədqiqatı və tədrisi sahəsində fəal olan universitetlərə və elmi-tədqiqat institutlarına çıxışını təmin etmək məqsədilə 2005-ci ildə yaradılıb. Vahid əlaqə mənbəyi kimi çıxış edən INCU həmçinin gömrük məsələləri ilə bağlı ictimai məlumatlılığı artırmaq, elmi tədqiqatlara rəvac vermək və şərait yaratmaq məqsədini daşıyır.

INCU-nun Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mixail Kaşubski bu qurumun ilk regional ofisinin məhz Bakı şəhərində 2015-ci ildə açıldığını bildirib. Azərbaycanda “Qış məktəbi” təqaüd proqramı üzrə təlimin isə 2016-cı ildən başlayaraq keçirildiyini qeyd edən katibliyin rəhbəri təlimlərin Dövlət Gömrük Komitəsi ilə birlikdə təşkil olunduğunu söyləyib.

Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin əməkdaşı Vüqar Həmidli bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri də məhz Azərbaycan gömrüyünün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələləridir.

Vüqar Həmidli qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bu məqsədlə Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və digər aidiyyəti qurumlarla davamlı əməkdaşlıq edir. Azərbaycan paytaxtında ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin, eləcə də INCU-nun Regional Ofisinin fəaliyyət göstərməsi deyilənlərə əyani nümunədir.

Sonra ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova təlimin məhsuldar və səmərəli keçməsi üçün öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Daha sonra INCU-nun fəaliyyətinə dair, həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyasının nəşri olan “Gömrük və İqtisadiyyat Jurnalı” haqqında təqdimat keçirilib.

Sonra isə tədbir iştirakçılarının Dövlət Gömrük Komitəsinin Akademiyasına səfəri təşkil edilib.

Akademiyada qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağı 2012-ci ilin yanvarında təsis edilib, ilk tələbə qəbulu isə 2014-cü ildə həyata keçirilib. Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.

Bundan başqa, ÜGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinə baş çəkən qonaqlar bu müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Təlim yanvarın 23-dən 27-dək davam edəcək.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan təlimin gündəliyi “Tarif təsnifatı və preferensial mənşə qaydaları”, “Ümumdünya Gömrük Təşkilatı, gömrük islahatı və modernizasiya”, “Beynəlxalq ticarət əməliyyatları və sənədləşmə” və “Gömrük risklərinin idarə olunması” mövzusunda məruzələrdən ibarətdir.

Təlimi INCU katibliyinin rəhbəri doktor Mixail Kaşubski, ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova aparacaq.

Tarix
2018.01.22 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla