Yuxarı

“Barama”dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsell Telekom” Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir. Bu təlimlərdən biri də "Startuplar üçün uğurlu təqdimat və PR" mövzusunda keçirilib. Ötən ilin noyabr ayından start götürən təlim sessiyasında təlimçi isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı Ellada Mustafayeva olub.

Şirkətdən Axar.az-a verilən məlumata görə, iştirakçılar uğurlu təqdimatın hazırlanması, auditoriyanın qiymətləndirilməsi, informasiyanın hazırlanması, idarə olunması və ictimaiyyətə çatdırılması, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR-kampaniya və aksiyaların keçirilmə texnologiyası, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediada PR, fərdi və korporativ brendinqin formalaşdırılması media əlaqələrinin inkişaf etdirilməsi, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər.

Təlimin sonuncu günündə yekun müzakirələr aparılıb və iştirakçılarına təlim kursunu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərsell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

Tarix
2018.01.22 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla