Yuxarı

“Azərsu”da müəmmalı istefa: Vitse-prezident...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsu ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib.

Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.

Bu barədə Yeniçağ.az-a açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:

“Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Tarix
2018.01.23 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla