Yuxarı

Dünyanın ən dəhşətli ölüm cəzaları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar ömürləri boyunca bir sıra səhvlərə yol verirlər ki, bunlar da cəzasız qalmır. Bəzi ölkələr insanları cəzalandırmaq üçün azadlıqdan məhrum etməni seçsə də, çox sərt cəzalar tətbiq edən ölkələr də var.

Ölüm cəzası necə reallaşdırılır?

Ölüm cəzasının bir neçə növü var. Bir sıra Avropa ölkələrində aktual ölüm cəzası zəhərli iynə, elektrik stulundan istifadədir. Səudiyyə Ərəbistanında isə ən aktual cəza növü şallaqlar, daşqalaqlar vasitəsi ilə günahkarı cəzalandırmaqdan ibarətdir. Şallaqların sayı isə günahın növünə görə təyin edilir.

Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Cənubi Koreyada icra edilib. Belə ki, matəm günü saymamazlıq edən zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə onun ölüsünün belə tapıla bilməməsi olub.

Qeyd edək ki, edamdan sonra mərhumun cəsadinə aid cəmi bir neçə tikə tapılıb.

Bəsit səbəblərə görə verilən ağır cəzalar

Bəzi ölkələr var ki, orada bəsit səhvlərə görə belə, rahatlıqla edam cəzası verilə bilər. Bu ölkələrdən biri də Sudandır. Burada İslam dinindən imtina edənlər ya həbs edilir, ya da ölüm cəzası ilə cəzalanırlar. Bu ölkədə həm də homeseksuallara qarşı da fərqli edam növündən istifadə edilir. Bu cür cütlüklərin sayının azalması məqsədi ilə təyin olunan edam növündə cütlüklərdən biri qarşı tərəfin gözləri qarşısında ağır işgəncələr ilə öldürüldükdən sonra, o biri edam edilir.

Nə qədər təəccüblü də olsa, Pakistanda ateistlərə - Allahdan imtina edənlərə, onu təhqir edənlərə ölüm cəzası verilir. Burada insanlara dinində azadlıq verildiyi bildirilsə də, açıq şəkildə İslam dinindən imtina edənlərin vəziyyəti elə də asan olmur.

Ən dəhşətli edamların ev yiyəsi Yaponiya

Yaponiya da edam cəzasının bol olduğu ölkələr sırasındadır. Burada ölüm cəzası alan şəxs 6 il dəmir barmaqlıqlar arasında asılacağı günün təyin olunmasını gözləyir. Və gün çatdıqda onun gözlərini bağlayaraq ölümün gerçəkləşəcəyi meydana gətirirlər. Yaponiyada ölüm cəzasına məhkum olunmuş şəxslər xüsusi gizli kameralarda saxlanılınır ki, bu kameraların yerindən isə ölkədə kimsənin xəbəri yoxdur.

Qeyd edək ki, Yaponiyada ölüm hökmünü gerçəkləşdirən cəlladlara 250-260 dollar mükafat verilir.

Edamların sayına görə ilk üçlükdə Çin, İran və İraq dayanır. Səudiyyə Ərəbistanında isə edam edilənlərin əksəriyyəti oğurluq ucbatından həyatlarına vida etməli olurlar.

Ən qorxunc edam cəzalarının tətbiq olunduğu ölkə

Dünyada ən vəhşi edam cəzaları Çində baş tutur. Bu ölkədə edam zamanı günahkarın başının yanında qaynar sac hazırlanır. Başı kəsilən adamın başını isə həmin qaynar sacın içinə basdırırlar ki, ölən öz gözləri ilə öz cansız bədənini görə bilsin. Onların fikrincə, qaynar saca girmiş başın gözlərində müvəqqəti görmə qabiliyyəti canlanır və o öz cansız bədənini görə bilir. Ən dəhşətlisi isə odur ki, onlar ən ağır cinayət törətmiş cinayətkarın cansız bədəninin dərisini insanların gözləri önündə soyub dənizə atırlar.

Qeyd edək Çində ölümə məhkum olunanların əksəriyyəti uyğur türkləridir.

Tarix
2013.11.25 / 00:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla