Yuxarı

Nursultan Nazarbayev Muxtar Şaxanovu niyə döyüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oljas Süleymanov Rusiyaya lazım olan anda üzdə olur

"Atatürk və Türk milləti" uluslararası simpoziumu öz işini başa çatdırdı. Toplantıda türk xalqlarının bu günü və sabahı müzakirə olundu. Simpoziumun iştirakçılarından olan Türk Dünyası Xalqları Assambleyasının genəl başqanı Yermentay Sultanmurad "Axar.az" ın qonağı oldu. Onunla müsahibəni "Axar.az"ın oxucularına təqdim edirik.

- Yermintay bəy, bir-neçə gündür Bakıdasız, şəhərimiz xoşunuza gəldimi?

- Bakı gözəl şəhərdir. Bütün dövrlərdə bu şəhər öz gözəlliyi ilə seçilib və fərqlənib. İndinin Bakısının isə tamam fərqli bir gözəlliyi var.

- Necə düşünürsünüz, məruzəçisi olduğunuz simpoziumun işini uğurlu saymaq olarmı?

- Əlbəttə. Belə simpoziumlar, toplantılar türk xalqlarının daha da yaxın olmasına, özünüdərkinə doğru atılan addımlardır. Mən Türk Dünyası Xalqları Assambleyasının genəl başqanı olaraq bunu və gələcəkdə də bu istiqamətdə görüləcək işləri alqışlayıram.

- Bu toplantılar türk xalqlarına nə verəcək?

- Bilirsiniz, bütünlüklə Qərb ölkələri və digər ölkələr üçün türk dünyası bir münbit sərvət və onların qidalandığı yerdir. Biz Böyük Türk dünyasının birliyinə nail olmaqla bu işğalçılıqdan xilas olmalıyıq. Sərvətlərimizə sahib olmaq, özümüzü idarə etmək gücündə olmalıyıq. Bizim bəzi ideoloji təxribatlara meylli olmağımızdandır ki, torpaqlarımız düşmən əsarətindədir. Bu qorxu indi də var, baxmayaraq ki, türk dövlətləri özlərinin müstəqilliyini elan ediblər. Türk dövlətlərindən birinə olunan basqıya göz yummaq, bunu mənim dövlətimə zərəri dəyməz anlamında fikirləşmək düzgün deyil. Biz türklər öz aramızda bütün ölkələrimizi və təşkilatlarımızı bir ideya ətrafında birləşdirməliyik. Türkün əski şöhrətini özünə qaytarmaq gərək. Avropanın mərkəzinə qədər böyük bir imperiya yaratmış bir xalq zaman keçdikcə sanki kiçilməkdədir. Əslində isə bu, belə deyil. Türk xalqları artıq böyük türk dünyasının, Turan dünyasının astanasındadır.

- Sizin təmsilçisi olduğunuz Qazaxıstanda artıq "Turan" adlı yeni bir şəhər tikilir. Bu şəhər yaranmaqda olan Böyük Türk Dünyasının mərkəzi sayıla biləcəkmi?

- Turan şəhəri 3 böyük Türk dövlətinin sərhədində tikilir. Qazaxıstan, Qırğızıstan və Türkmənistanın. Bu, respublikaların paytaxtına demək olar ki, eyni məsafədir. İnanıram ki, yeni salınan şəhər Turan ideologiyasına xidmət edəcək bir şəhər olacaq. Bu baxımdan həm də Türk dünyasının nüfuzlu adamlarının xidmətləri təkzibolunmazdır. Türkün böyük oğlu, bizim sevimlimiz Sabir Rüstəmxanlının və digərlərinin xidmətlərini xüsusi ilə qeyd etməliyəm.

- Zaman-zaman türk dünyasının işıqlı adamları Turançılıq ideologiyası ilə məşğul olmuş, bunun gerçəkləşməsi üçün var gücləriylə çalışmışlar. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digərləri. Çağdaş dünyamıza qədər də bu ideyanın daşıyıcıları olub. Onlar daima təqib olunub, sürgünə göndəriliblər.

- Elədir. Turançılıq elə bir ideya, elə bir sevdadır ki, buna çatmaq çətin olduğu qədər də şərəflidir. Türk xalqı savaş xalqı olub. Yəni işğalçı olmasa da, işğalçılara yerini göstərməyi bacarıb. Bu bir tarixdir və bu tarixi bu günümüzə fikir adamları, yazarlar gətirib çıxara bilib.

- Muxtar Şaxanov, Oljas Süleymanov... Bunlar təkcə qazax xalqının yox, həm də türk dünyasının sərvətləridir.

- Muxtar ağa vətənpərvər və türkçü bir şairdir. Onu çox sevirlər. Hələ sovetlər dönəmində o SSRİ Ali Sovetinin deputatı olarkən Moskvada Ali Sovetin sessiyasında çıxış üçün söz istəyəndə onun millətçi olmasını nəzərə alıb söz verməmişdilər, o isə rəyasət heyətini aldadıb, "ekologiya ilə bağlı söhbət edəcəm" deyib, tribunaya qalxandan sonra isə Qorbaçova üzünü tutaraq çıxış edib: siz aşkarlıqdan danışırsız, amma milyonlarla türk xalqının haqsız olaraq deportasiya olunmasına göz yumursuz. Krım tatarlarından bəhs edib, onların əzəli torpaqlarına qaytarılmasının vaxtı çatdığını deyib. Həm də əlavə edib ki, nədənsə bu qadağalar, haqsızlıqlar yalnız SSRİ-də yaşayan türk dilli dövlətlər üçün nəzərdə tutulur. Baxın, o vaxt Oljas Süleymanov da orda idi, deputat idi. Lakin onun səsinə səs vermədi. Ona təzyiqlər davam etdi.

Haşiyə: Bu yaxınlarda Qazaxıstandan olan nüfuzlu bir yazarla söhbətimiz zamanı o da bu məsələyə toxunmuşdu. Və qeyd etmişdi ki, indi ölkənin prezidenti olan Nursultan Nazrbayev həmin vaxt Qazaxıstan Nazirlər Kabinetinin sədri olmaqla yanaşı həm də SSRİ Ali Sovetinin deputatı imiş. Muxtar Şaxanovun həmin çıxışının SSRİ prezidenti Mixail Qorboçovun qəzəbləndirdiyini görüb, fasilə zamanı şairi şillələməyə başlayıb ki, niyə millətçi söhbəti edirsən?

- Oljas ağanın "Az i Ya" kitabı zamanında çox böyük bir səs-küyə səbəb oldu. Türkçülük, türkün özünüdərki bu əsərdə önəmli yeri tutur.

- Mən bilirəm, Oljas Azərbaycanda böyük avtoritetə malikdir. Onu tanıyır, oxuyur və sevirlər. Bir yazıçı olaraq onun yaxşı yazar olmasına heç bir şübhə yoxdur. Onun xanımı bir yəhudi qızıdır və O.Süleymanov yəhudilər tərəfindən idarə olunur. Oljasın adını çəkdiyin kitabı Moskvanın düşünülmüş reaksiyası olmasaydı, sıradan bir kitab kimi qalacaqdı. Onun "KQB" yaratdı, fikir versəniz, görərsiniz ki, Oljas Rusiyaya lazım olan anda üzdə olur, lazım olmayanda onun millətçi çıxışlarına təsadüf belə etməzsən. O, paytaxt uşağı olub. Qazaxca belə danışa bilmir. Daima aulda doğulan qazaxa yuxarıdan baxıb və birdən-birə millətçi olub. Hanı bəs indi Oljas, onu da Turan ideyasına dəvət etmişik, amma o, yoxdur. Oljas sözünü tuta bilməyən yaramazdır.

- Hər halda mən belə deməzdim, biz Türkün birliyindən, böyüklüyündən bəhs edirik və türkün dünya şöhrətli yazarına ittihamlar irəli sürürük.

- Hər kəs öz fikrində qalsa yaxşıdır. Mən Oljas Süleymanovun böyük və istedadlı yazıçı olmasını danmıram. Mən deyirəm ki, Oljas və onun kimilər türkçülüyə ləkədir.

- Yermintay bəy, artıq simpozium arxada qaldı. Qarşıda hansı planlarınız var?

- Bir planımız var - Türk dünyasının birliyinə nail olmaq. Türkiyə, Qazaxıstan, Azərbaycan, İran və digər Türk dövlətlərinin birgə Gömrük fəaliyyətini yaratmaq, istehsalatda, idxal və ixracatda bacardıqca birgə fəaliyyət göstərmək. İqtisadi birliyə nail olduqdan sonra siyasi cəhətdən də birgə ola biləcəyik. O da düzdür ki, bu istiqamətdə bizə mane olanlar çox olacaq.

- Çox sağ olun ki, vaxt ayırıb, redaksiyamızın qonağı oldunuz.

- Siz sağ olun

Tarix
2013.11.26 / 11:39
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla