Yuxarı

Firuz Səxavət nədən Məmməd Əmindən imtina edir - Şok!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavət "Axar.az"a zəng edərək, "Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik" başlığı ilə gedən müsahibəsindəki fotosilsilədən "divarda Məmməd Əmin Rəsulzadənin şəkli görünən" fotolarını çıxarmağımızı xahiş edir.

Firuz Səxavət bunu "başının ağrıması", "tənqidlərə tuş gəlməsi" ilə əlaqələndirir və "karyerasına zərbə" kimi qiymətləndirir.

Bu xahişə əvvəlcə etinasız yanaşsaq da, ardıcıl zəng və xahişlərdən sonra artıq təəccübümüzü saxlaya bilmədik və bunu ictimailəşdirmək qərarına gəldik.

Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və ideoloqlarından biri kimi ölkəmizin tarixində şərəfli yer tutur. Bir neçə gün öncə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində və təmtəraqla keçirilməsi haqqında böyük rəğbətlə qarşılanan Sərəncam imzalayıb. M.Ə.Rəsulzadənin divardakı rəsminin altında "şəklinin görünməsi" kimlərə və nə üçün problem yarada, "karyerasının üstündən xətt çəkdirə" bilər?

Böyük məmnuniyyətlə, Firuz Səxavətdən Rəsulzadənin kimliyinin dərkini yox, inadla o şəkilləri çıxarmaq istəyinin səbəbini daha aydın və açıq formada bildirməsini xahiş edirik...

Qeyd edək ki, fotolar Azərbaycan Milli Konservatoriyasında, Firuz Səxavətin dərs dediyi otaqda çəkilib.

Tarix
2013.11.26 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla