Yuxarı

Ələt azad iqtisadi zonası vergidən azad edildi – Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:18

“Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşdan müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, spiker Oqtay Əsədov qanun layihəsini bir sıra komitələrdə və müvafiq dövlət qurumlarının müzakirə etdiyini xatırladıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, qanun gələcək investorların anlayacağı dildə yazılıb:

"Azad iqtisadi zona səlahiyyətli qurumunun hüquqları və vəzifələrində beynəlxalq təcrübə əsas götürülüb. Əmək münasibətlərini tənzimləyən qaydalar, iş şəraitinin təminatı, əmək təhlükəsizliyi, beynəlxalq qaydalara əməl edilməsi qanunda qeyd edilib”.

Qeyd edək ki, qanunun 16-cı maddəsinə əsasən, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib.

Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericilik arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Tarix
2018.02.13 / 17:03
Müəllif
Nemət
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla