Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2018


Sakaryada Xocalı parkı və abidəsi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakaryanın ən böyük bölgələrindən biri olan Ərənlərin mərkəzində Xocalı parkı və abidəsinin açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, Sakarya bələdiyyə başqanı və valisi, Ərənlər bələdiyyə başqanı, İLESAM başqanı, QHT, media nümayəndələri, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar və yüzlərlə yerli sakin iştirak edib.

Layihənin həyata keçirilməsinə dəstək olan İLESAM-ın başqanı Məhmət Nuri Parmaksız Xocalı soyqırımından danışıb və Qarabağ həqiqətlərin dünyaya çatdırılmasında aydınların üzərinə xüsusi vəzifə düşdüyünü bildirib.

O, Ərənlər bələdiyyə başqanını “Türk dünyasına xidmət” medalı ilə təltif edib.

Sakaryada və onun bölgələrində Qarabağ, Xocalı parkı və abidələrinin açılması təkliflərinin müsbət qarşılandığını deyən millət vəkili Qənirə Paşayeva Ərənlər bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edib. Deputat bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidə və parkların açılması ənənəsi davam edir:

“Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk edilməsi üçün bu abidənin önündə yazılan məlumatların oxnuması kifayətdir. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoyur. Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdır. Fevralın 26-sı hamımız üçün çox ağır qədim Xocalımızın işğal olunduğu gündür. Birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

Q.Paşayeva Xocalıda dinc sakinlərin, uşaqların erməni faşistləri tərəfindən vəhşicə öldürülməsindən də danışıb:

“Bu zülmə dünya birliyin səssiz qalır. Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərin ədalət qarşısında cavab vermələrinə nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir. Bir türk xalqının problemi bütün türk toplumunun ortaq problemidir. Sizi Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Ahıskada əziyyət çəkən insanlarımıza köməyi əsirgəməməyə çağırıram”.

Millət vəkili Sona Əliyeva da Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edib və soyqırım törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün türk dünyasının birlikdə çalışmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri də iştirak ediblər.

Tarix
2018.02.13 / 14:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ramiz Mirzəyevin bacısı və yeznəsi də öldü – Müəmmalı yanğın

Məzahir Pənahova ağır itki

Əməkdar jurnalistlərin təqaüdləri artırıldı – Rəsmi

Ağsuda polislər qəzaya düşdü

Bakı niyə qara həsrət qalıb? – ekoloqdan ilginc iddia

Erməni diasporu Fətullayevi məhkəməyə verir

Cəbhədə son durum

Axtarışda olan 60 nəfər saxlanıldı - DİN

Fabrikin 63 yaşlı sürücüsünü maşınla sürüdülər - Giləzidə

Vasif Talıbov yeni direktor təyin etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla