Yuxarı

Astarada reyd: 50 avtomobil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada rayon Polis şöbəsinin Baş Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.

Report-un verdiyi məlumata görə, rayonun iki istiqamətində - dağətəyi ərazi olan Siyəku-Vaqo kənd yolu və Ələt-Astara magistral yolunun 219.5 km-də təşkil olunan reyd zamanı 50 avtomobil saxlanılıb. Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub.

Reydlərin keçirilməsində məqsəd, əsasən istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələrinin aşkarlanması olub.

Reyd zamanı sürücülər tərəfindən digər kobud qanun pozuntuları da qeydə alınıb. Sürücülər nəqliyyat vasitəsini müvafiq vəsiqə olmadan idarə etmə, azyaşlı uşağı ön oturacaqda əyləşdirmə, nəqliyyat vasitəsinə müxtəlif dəyişikliklər etmə və avtomobilə əlavə qurğular quraşdırmağa görə saxlanılıblar. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Hətta DYP əməkdaşının "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyənlər də olub. Reyd zamanı ən maraqlı məqam isə sərnişin mikroavtobusundan mal-qara daşınması üçün istifadə olunması faktı olub.

Astara rayon Polis şöbəsi Baş Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimovun sözlərinə görə rayon ərazisində reydlərin keçirilməsi bundan sonra da aparılacaq. Bu cür reydlərin keçirilməsi vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir.

Tarix
2018.02.14 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla