Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2018


PA-ya Vergilər Nazirliyindən şikayət edən şirkətlər - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

S.İsmayılov qeyd edib ki, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildiriblər:

“Yanar Dağ QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər”.

Tarix
2018.02.14 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İtə işgəncə verənləri hansı cəza gözləyir?

Qurbanlıq heyvanların qiyməti neçəyədir? - Video

Hansı tələbələr təhsil haqqından azaddır? - Video

Dövlət Komitəsi Füzuli və Cəbrayılın işğalını andı

Musa Yaqubun son durumu - Video

Abituriyentlərin nəzərinə: Boş plan yerləri...

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Fəttah Heydərovdan Qurban təbriki...

Neft Daşlarında müşavirə keçirildi

Prezident Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla