Yuxarı

Erməni vəhşiliyi basdırılır: Şüşə örtük niyə qurulmadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Quba Soyqırım Məzarlığının şüşə örtük altında saxlanılması təklifi Prezident tərəfindən də bəyənilməsinə baxmayaraq, artıq açıq havada qalan məzarlar torpağa basdırılır.

Axar.az xəbər verir ki, prosesə artıq bir müddətdir start verilib və sümüklərin bir qismi dəfn edilib. Lakin baş verdiyi tarixdən neçə onil sonra təsadüfən aşkarlanan Quba soyqırım qalıqlarının yenidən torpağa gömülməsi birmənalı qarşılanmır.

İlk etirazı da Quba məzarlığının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev etmişdi. Tarixçinin etirazına səbəb 2007-ci ildə təsadüfi şəkildə aşkarlanaraq dünyaya Quba soyqırımının əyani sübutu kimi təqdim edilən bu məzarlığın yenidən torpağa basdırılması nəticəsində “danışan tarixin” görünməz olmasıdır. Tarixçi hesab edir ki, bu, Qubaya xüsusilə ermənilərin bu vəhşiliyini görmək üçün gələn turistlərin zamanla azalmasına, bu hadisənin unudulmasına səbəb olacaq.

Qeyd edək ki, ötən il Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov da sümüklərin germetik şüşə altında saxlanılmasının tariximizin təbliği üçün xüsusi əhəmiyyət daşıdığını bildirmiş, bu işdə lazımı dəstəyi göstərməyə hazır olduğunu qeyd etmişdi.

Maraqlıdır ki, Quba soyqırım məzarlığının şüşə örtük altında saxlanılması təklifi edildikdən sonra Mədəniyyət və Turiz Nazirliyinin Bərpaçılıq İnstitutu məzarlığın germetik şüşə altında saxlanılması və Memorial komplekslə məzarlıq arasındakı boşluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlamışdı. Lakin həmin layihənin hansı səbəbdən reallaşdırılmadığı məlum deyil.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən etdiyimiz müraciətin olduqca əhəmiyyətli olduğunu nəzərə alaraq, araşdırma aparıldıqdan sonra cavab veriləcəyini bildirdilər.

Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli isə Axar.az-a açıqlamasında bildirib ki, məzarlıqda cəsədlər torpağa tapşırılarkən erməni vəhşiliyini göstərmək üçün bəzi sümüklər açıq saxlanılıb. İ.Həbibbəyli hesab edir ki, sümüklərin basdırılması ən düzgün yoldur:

“Erməni vəhşiliyini, tariximizi gənclərə əyani göstərmək üçün bəzi sümüklər açıq saxlanılacaq”.

Tarix
2018.02.14 / 15:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla