Yuxarı

Pensiyaçılara şad xəbər: Sabah...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

E. Babayev bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur: “Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Son iki iş günü ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablamalar başa çatdırılıb və bu gündən artıq maliyyələşmə işlərinə başlanılıb. Pensiyaçılar sabah günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər”.

Şöbə müdiri deyib ki, Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır: “2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 566 745 nəfərdir. Çox böyük bir say alınsa da, sığorta-pensiya sisteminin elektron infrastrukturu həm əmək pensiyalarının, həm də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması işlərinin avtomatlaşdırılmış şəraitdə 2 gün ərzində yerinə yetirməyi mümkün edib".

Tarix
2018.02.14 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla